hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

İctimai işlərə cəlb olunanlara YENİ VƏZİFƏ

İctimai işlərə cəlb olunanlara YENİ VƏZİFƏ

Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik III oxunuşda müzakirəyə çıxarılıb.

Cebhe.info xəbər verir ki, Məcəlləyə təklif olunan dəyişikliklə ictimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək. Belə ki, Məcəlləyə edilən dəyişikliklə, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Bu əlavə və dəyişikliklərlə əlaqədar Cəzaların İcrası Məcəlləsinə də uyğunlaşdırma xarakterli dəyişiklik də nəzərdə tutulub. Dəyişiklik səsə qoyularaq III oxunuşda qəbul edilib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2080