hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

İctimai Şuraların əsas missiyası- Tərif, yoxsa tənqid? - BİZİM MÜLAHİZƏ

İctimai Şuraların əsas missiyası- Tərif, yoxsa tənqid? - BİZİM MÜLAHİZƏ

İdarəetmədə şəffaflığın təmin olunması üçün ictimai nəzarət vacib şərtlərdən biri sayılır. Hansısa sahədə neqativ hallar üzə çıxarkən bu məsələni əsas gətiririk.

Hesab olunur ki, idarəetmədə, eləcə də dövlət vəsaitlərinin xərclənməsində vətəndaş cəmiyyətinə, mediaya açıqlıq təmin olunarsa, bu neqativ halların qarşının alınmasında mühüm rol oynayar. Amma mövcud şəraitdə vətəndaş cəmiyyətinin iştirakı bu məsələdə nə dərəcədə rol oynayır? Xüsusilə son illərdə yaranan İctimai Şuraların fəaliyyətinin nədən ibarət olması suallar doğurur.

Xatırladaq ki, "İctimai iştirakçılıq haqqında” Qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır. "İctimai iştirakçılıq haqqında” qanunun tətbiqi barədə fərman 2014-cü ildə verilib. Həmin ilin may ayında isə Nazirlər Kabineti tərəfindən "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” təsdiq olunub.

İctimai şura qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər.

Ekspertlər ictimai şuraların fəaliyyətini heç də qənaətbəxş hesab etmirlər. Media təmsilçisi olaraq, hansısa nazirliyin, komitənin, yanında yaranan ictimai şuranın həmin qurumun fəaliyyətindəki neqativ halın üzə çıxarılması təcrübəsinin mövcud olmadığını deyə bilərik. Əksinə, ictimai şuralar sanki həmin nazirlik və ya qurumun fəaliyyətini tərfləmək, qurumu təbliğ etmək məqsədilə yaradılırlar.

Problemdən biri isə qeyri-hökumət təşkilatlarının qeydiyyatının heç də asan olmamasındadır. Bu isə yalnız qeydiyyatda olan ictimai qurumlara ictimai şuralara seçilmək şansı yaradır. Digər problem isə Nazirliklərin yanaşmasındadır. Dövlət qurumları çalışırlar ki, onlarla daha çox əməkdaşlıq edən ictimai təşkilatlar ictimai şuralarda təmsil olunsunlar.

İctimai şuraların fəaliyyətini əngəlləyən ən vacib məsələnin qanunvericiliklə bağlı olduğu da qeyd edilir. Ekspertlər hesab edirlər ki, ölkədə ictimai nəzarətin təmin olunması üçün qanunvericilik işləmədir.

Xatirə
Cebhe.info


Oxunma sayı: 2377