hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

İctimai Şuranın iclasında turizmin problemləri müzakirə olunub

İctimai Şuranın iclasında turizmin problemləri müzakirə olunub

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti müzakirəsi turizm biznesindəki mövcud vəziyyət və perspektivlərə həsr olunub. 

Dövlət Turizm Agentliyindən Cebhe.info-ya verilən məlumata görə, bununla bağlı oktyabrın 10-da keçirilən Forumda müxtəlif dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Forumda turizm biznesi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib, sahibkarlar və vətəndaş cəmiyyəti institutları tərəfindən turizm biznesi sektorunun inkişafına dair müxtəlif təkliflər səsləndirilib, müzakirələr aparılıb. Orxan Məmmədov turizm biznesi sahəsinə dair bir sıra təkliflərdə səsləndirib. Bildirilib ki, turizm sahəsində yeni qanunvericilik aktlarının hazırlanması, yeni təşviq mexanizmlərinin yaradılması prosesində bu sektorda fəaliyyət göstərən KOB-lar və onların birlikləri yaxından iştirak etməli və təmsil olunmalıdır. 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında turizm sahəsində həyata keçirilən yeniliklər və layihələr, qarşıdakı hədəflər barədə məlumat verib. Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Assosiasiyanın fəaliyyəti, turizmin inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən danışıb, sahənin inkişafına dair müvafiq təkliflər səsləndirib. Tədbir çərçivəsində həmçinin, KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici videoçarx nümayiş olunub. 

Cebhe.info


Oxunma sayı: 793