hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

İdarə Heyətinin 4 üzvü İsgəndər Həmidovun təşkilatından istefa verdi - BƏYANAT

İdarə Heyətinin 4 üzvü İsgəndər Həmidovun təşkilatından istefa verdi - BƏYANAT

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun rəhbərlik etdiyi Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin bir qrup üzvü istefa verib.

Cebhe.info xəbər verir ki, bu barədə İdarə Heyətinin üzvü Bəxtiyar Tuncay öz "Facebook" səhifəsində bəyanat paylaşıb.

“Biz – AXH İdarə Heyətinin aşağıda imza atan bir qrup keçmiş üzvü Azərbaycan Xalq Hərəkatında yaranmış qeyri-sağlam mühitə, eləcə də hələlik açıqlamaq istəmədiyimiz digər xoşagəlməz və arzuedilməz səbəblərə görə AXH sıralarında qalmağımızı qeyri-mümkün hesab etdiyimizi bəyan edir, təşkilatda qalaraq fəaliyyətlərini davam etdirən bütün dostlarımıza səmimi qəlbdən uğurlar arzulayırıq”,- deyə bəyanatda vurğulanır.

Bəyanatı Mahmud Əhmədli, Ramiz Tağıyev, Rza Səfərsoy, Bəxtiyar Tuncay imzalayıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2652