hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İdarə rəisindən şikayətçiyə cavab: “Elə yer qalmayıb ki…

İdarə rəisindən şikayətçiyə cavab: “Elə yer qalmayıb ki…

Xəbər verdiyimiz kimi, Zərdab rayonu, Kənd təsərrüfatı idarəsinin rəisi Vidadi Bayramovla bağlı saytımıza şikayət daxil olub.

Rayonun Dəlquşçu kənd sakini Bayramov Ayaz Qurban oğlu şikayətində bildirib ki, Vidadi Bayramov öz həyəti üçün su arxı qazdırmaq məqsədilə onun həyətinə ağır texnika salıb.

Bunun nəticəsində A.Bayramovun evinin divarlarında çat yaranıb, ev qəzalı vəziyyətə düşüb. Şikayətçi bununla bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Məsələ ilə bağlı qarşı tərəf-Vidadi Bayramov Cebhe.info-ya açıqlamasında deyilənlərin reallığa uyğun olmadığını söyləyib:

"Haqq-ədalət yerini tutacaq. Bu şərdir, böhtandır. O adam elə yer qalmayıb ki, şikayət etməsin. Amma dedikləri düzgün deyil, əksinə, həmin şəxsin özü 7 nəfərin suyun kəsib, 1 əsrlik bərəni yoxa çevirib. Bizim qanunlarımız var, inanıram ki, haqq-ədalət öz yerini tutacaq".

Naibə
Cebhe.info


Oxunma sayı: 4126

Bizim Telegram səhifəmizi izləyin