hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

İdman çantasında heroin satan tutuldu

İdman çantasında heroin satan tutuldu

Lənkəran şəhər Polis Şöbəsinə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun narkotik vasitə satması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şəhər Polis Şöbəsi əməkdaşlarının keçdikləri əməliyyat-axtarış tədbirləri zamanı M.Məmmədovun üzərinə şəxsi baxış keçirilib. Bu zaman gəzdirdiyi idman çantasının içərisindən 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Cebhe.info


Oxunma sayı: 419