hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

İdxal və ixrac malları niyə ucuzlaşıb? – “Türkiyə və Rusiya valyutası...” – İQTİSADÇI

İdxal və ixrac malları niyə ucuzlaşıb? – “Türkiyə və Rusiya valyutası...” – İQTİSADÇI

“Dövlət Statistika Komitəsinin son yaydığı illik rəqəmlərdən belə görünür ki, 2020-ci ildə idxal mallarında xeyli ucuzlaşma olub.

Belə ki, 2019-cu ilin qiymətləri ilə hesablamalara görə, idxal 36 faiz, cari ilin qiymətlərilə hesabladıqda isə 22 faiz azalıb. Bu 2 göstərici arasında fərq qiymət fərqini göstərir və idxal qiymət indeksinin hesablanması əsasında ortaya çıxır. Həmin fərqdən çıxış etsək, idxal qiymətlərində orta hesabla 14 faiz ucuzlaşma olduğunu deyə bilərik”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

İqtisadçı bildirib ki, idxalın ucuzlaşmasının bir səbəbi də Azərbaycanın ümumi idxalının təxminən 60 faizini təmin edən 2 ölkənin - Türkiyə və Rusiyanın milli valyutasının 2020-ci ildə kəskin ucuclaçması ilə bağlıdır:

“Yeri gəlmişkən, ixrac qiymət indeksilə bağlı məlumatlar da göstərir ki, müqayisəli qiymətlərlə hesablamalar Azərbaycanın qeyri-neft ixracı da ucuzlaşıb. Belə ki, qeyri-neft ixracı cari qiymətlərlə 8, müqayisəli qiymətlərlə 18 faiz azalıb”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 595

Bizim Telegram səhifəmizi izləyin