hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

İƏT Baş katibinin köməkçisi: “Erməni işğalçıları qəbiristanlıqları dağıdıb”

İƏT Baş katibinin köməkçisi: “Erməni işğalçıları qəbiristanlıqları dağıdıb”

“İƏT münaqişə ilə əlaqədar Təmas Qrupu yaradıb. Bu gün bu tədbirdə Təmas Qrupuna üzv dövlətlərin nümayəndələri iştirak edir”.

Bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında İƏT Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Senqendo bildirib.

Əhməd Kavesa Senqendo deyib ki, azad olunmuş ərazilərə ilk dəfə səfər ediblər: “Ermənistan silahlı qüvvələrinin binalara, məscidlərə qarşı vandallıqlarını, kəndlərin yer üzündən silinməsinin şahidi olduq. Bu, kədərli təəssürat yaradır. Məscidlərdə donuzların, inəklərin saxlanılmasının izlərini, qəbiristanlıqların dağıdıldığını gördük. İşğalçılar tək canlı insanlara deyil, vəfat etmiş insanlara qarşı da vandallıq törədib. Bu, qeyri-insani davranışın təzahürüdür”.

İƏT Baş katibinin köməkçisi qeyd edib ki, Azərbaycan dövlətinin bu torpaqlarda bərpa işləri həyata keçirəcəyinə və məcburi köçkünlərin torpaqlarına qayıdacaqlarına əmindirlər. (apa)

Cebhe.info


Oxunma sayı: 221