hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

İƏT XİN Şurası Azərbaycanla bağlı tədbirlər planı qəbul edəcək

İƏT XİN Şurası Azərbaycanla bağlı tədbirlər planı qəbul edəcək

“Prezident İlham Əliyevi və Azərbaycan xalqını Zəfər münasibəti ilə təbrik edirəm”.

Bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx bildirib.

Rizvan Səid Şeyx deyib ki, bu Zəfər Azərbaycanın nailiyyətlərin təzahürüdür: “İƏT 30 il ərzində bu məsələyə xüsusi diqqət yetirib. Biz olaraq bu zəfərdən məmnunuq”.

Pakistanın İƏT-dəki daimi nümayəndəliyinin rəhbəri qeyd edib ki, Pakistan İƏT Xarici İşlər Nazirləri Şurasının növbəti tədbirinə ev sahibliyi edəcək: “Pakistan sülhün dayanıqlı olması üçün İƏT-in keçirə biləcəyi tədbirləri müzakirə edəcək. Pakistanda bir araya gələcək xarici işlər nazirləri səylərin səfərbər olması üçün konkret tədbirlər planı üzərində işləməlidir. Bu, bölgədə sülhün dayanıqlı olmasına yönəlməlidir. Bundan əlavə, tədbirlər planı bizə digər islam ölkələrindəki problemlərin də sülh yolu həllinə ümid yaradacaq. Azərbaycanın nailiyyəti bu ölkələrdəki insanlara da böyük ümidlər verir. İƏT Xarici İşlər Nazirlər Şurası müvafiq tədbirlər planını təsdiq edəcək”.

O vurğulayıb ki, Pakistan hər zaman Azərbaycanın yanındadır.

Rizvan Səid Şeyx nəzərə çatdırıb ki, Pakistan sülhün dayanıqlı olması üçün də səylərini davam etdirəcək: “İƏT və Təmas Qrupu bu istiqamətdə dəstəyini əsirgəməyəcək. Üzv dövlətlərin də dəstəyini əsirgəməyəcəyinə inanırıq. Qarabağ Azərbaycandır!”/APA

Cebhe.info


Oxunma sayı: 254