hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

İki avtomobil toqquşdu - 4 nəfər xəsarət aldı

İki avtomobil toqquşdu - 4 nəfər xəsarət aldı

Sabirabad rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Cebhe.info Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistral yolunun rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 1975-ci il təvəllüdlü Heydərov Səbri Əliheydər oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1989-cu il təvəllüdlü İmişli rayon sakini Paşayev Bəşir Azər oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki sürücü, avtomobildə olan sərnişinlər - İmişli rayon sakinləri - 1987-ci il təvəllüdlü Həşimov Vüqar Radif oğlu və 1968-ci il təvəllüdlü Əliyev Daşqın Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 573