hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

İki baş inəyə görə iki nəfər saxlanıldı

İki baş inəyə görə iki nəfər saxlanıldı

Abşeronun Masazır qəsəbəsində evdə oğurluq edən M.Həsənov saxlanılıb.

Cebhe.info DİN-ə istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Masazır qəsəbəsindəki evlərin birindən 5900 manat, 900 ABŞ dolları və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Həsənov saxlanılıb.

DİN-dən həmçinin bildirilib ki, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də Qoşabulaq kənd sakini B.Hüseynovun 2 baş inəyini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri A.Sadıqova və T.Tağıyev saxlanılıb.

Cebhe.info


Oxunma sayı: 606