t İki maşın toqquşdu - Yaralılar var
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

İki maşın toqquşdu - Yaralılar var

İki maşın toqquşdu - Yaralılar var

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Cebhe.info report-a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik maşını Rasif Seyidovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə sürücü N.Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmayə İslam qızı Qasımova, qızları - 2008-ci il təvəllüdlü Fəxri və 2012-ci il təvəllüdlü Şəxri Əliyevalar müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 1134