hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

İki NATO gəmisi Qara dənizə girdi

İki NATO gəmisi Qara dənizə girdi

İngiltərə və Niderland Hərbi Dəniz Qüvvələrinə məxsus iki NATO gəmisi Qara dənizə girib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat verib.

Bildirilib ki, ötən gün idarəolunan raketlərlə silahlanmış iki hərbi NATO gəmisi Qara dənizə daxil olub. Onların fəaliyyəti Rusiya Qara dəniz Donanması tərəfindən izlənilir:

“Qara Dəniz Donanmasının qüvvələri və vasitələri 14 iyun 2021-ci ildə Qara dənizə girən İngiltərə Hərbi Dəniz Qüvvələrinin idarəolunan raketlə təchiz olunmuş "Defender" və Niderland Dəniz Qüvvələrinin "Everton" freqatının hərəkətlərini nəzarətdə saxlayırlar”, - deyə açıqlamada qeyd edilib.

Cebhe.info


Oxunma sayı: 518