hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

İki ölkə və ortaq maraqlar: Donald Trampla Ərdoğanın görüşündən nə gözlənilir?

İki ölkə və ortaq maraqlar: Donald Trampla Ərdoğanın görüşündən nə gözlənilir?

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

Hər iki lider, ABŞ Prezidenti Trampan dəvəti ilə 13 noyabrda Vaşinqtonda görüşəcəklərini təsdiq ediblər.

Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla görüşə razı olmasının səbəbini ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqrımının qəbulunda Ağ Evin bu qərarla razılaşmamasında görüb:

“Amerika super gücdür. Buna görə də Ərdoğan Trampın dəvətinə yox deyə bilməzdi. Amma digər tərəfdən Amerika Konqresinin Nümayəndələr Palatası “erməni soyqrımı”nı qəbul etdikdən sonra Ərdoğanın Amerikaya səfəri sual altına düşdü.

Sonra Ankaraya siqnallar, işarələr göndərdilər ki, Ağ Ev bu qətnamənin senatda qəbulunun əleyhinədir. Bunu da nəzərə alaraq Ərdoğan Trampla görüşə ehtiyac duydu. Yox desəydi bu vəziyyəti daha da qəlizləşdirə bilərdi. Amma bu, o demək deyil ki, görüşdə bütün problemlər həll olunacaq. Lakin Ərdoğan bu görüşdə müəyyən məsələlərin həllinə çalışa bilər. Trampın məlum aşağılayıcı məktubuna baxmayaraq Ərdoğana münasibəti müsbətdir. Buna görə də Ərdoğan Trampla münasibətləri davam etdirməyə üstünlük verir”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 331