hava haqqinda Bakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9056
  • NEFT - $ 72.38
  • clouds-weather

İki prezidentin bir naziri: Ermənini qiymətə mindirən səbəb

İki prezidentin bir naziri: Ermənini qiymətə mindirən səbəb

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Poroşenko hökumətində təmsil olunan nazirlərdən birini öz vəzifəsində saxlaya bilər.

Cebhe.info-nun məlumatına görə, bu barədə ukraynalı oliqarx, İqor Kolomoyski deyib.Vladimir Zelenskinin hakimiyyətə gəlməsində ciddi rol oynamış İ.Kolomoyskinin sözlərinə görə, həmin məmur daxili işlər naziri Arsen Avakovdur.Oliqarx Arsen Avakovu ölkədə sabitliyin təməli və əsas amili adlandırıb.Kolomoyski bildirib ki, prezident Zelenski hakimiyyətə yeni simalar gətirəcəyi ilə bağlı vədinə sadiqdir.Bunun öhdəsindən gəlmək isə siyasi cəhətdən çətindir.

“Hazırkı Nazirlər Kabinetindən, Arsen Avakovdan başqa heç kimi qeyd etmək olmaz. O, hökumətdə qalmalıdır. Ölkədə nə baş verməməsindən asılı olmayaraq, o, bir təməldir.Hesab edirəm ki, o, ölkədə “sabitlik amili”dir”-Kolomoyski belə deyib.İş adamı onu da vurğulayıb ki, Zelenskinin hakimiyyətə yeni mütəxəssisləri gətirməsi müəyyən məhdudiyyətlərlə üzləşəcək.Çünki Ukrayna konstitusiyasına görə, prezident yalnız baş naziri və xarici işlər nazirini və müdafiə nazirini təyin edə bilər.Bu baxımdan, digər hökumət üzvlərinin, o cümlədən Arsen Avakovun təyinatında Zelenskiyə Ali Radanın dəstəyini almaq lazım olacaq.Lakin Avakovun hakimiyyətin bütün qollarına təsir imkanları güclü olduğundan deputatların səslərini əldə etməsi çətin görünmür.

Xatırladaq ki, milliyyətcə erməni olan Arsen Avakov Bakıda anadan olub.Biznesmen kimi fəaliyyətə başlayan Arsen Avakov, sonra Xarkov vilayət administrasiyasının rəhbəri vəzifələrinə yüksəlib.Arsen Avakov “Maydan hərəkatı” dövründə daxili işlər naziri vəzifəsini icra edib.2014-cü ildə prezident seçilən Pyotr Poroşenko Arsen Avakovu daxili işlər naziri təyin etdi.Lakin çox keçmədən Avakovun adı külli miqdarda korrupsiya faktları ilə bağlı cinayət işlərində hallanmağa başladı. Həmçinin Ukraynada azərbaycanlı iş adamlarının oğurlanaraq qətlə yetirilməsində də Avakovun əlinin olmasına dair məlumatlar yayılıb. Avakovun oğlunun adına təsis etdiyi şirkət vasitəsilə Ukrayna daxili qoşunları üçün silah və hərbi vasitələrin alınması zamanı külli miqdarda yeyintiyə yol verilməsi barədə faktlar Poroşenko hakimiyyətinin siyasi nüfuzuna ciddi zərbə vurub. Bu da son dövrlər Poroşenko ilə Avakov arasında münasibətlərin gərginləşməsi ilə müşahidə olunurdu. Hətta seçkilər öncəsi prezidentliyə namizəd Yuliya Timoşenkoya dəstək nümayiş etdirən A.Avakov mövqelərini qoruyub saxlamaq üçün müxalifətlə açıq iş birliyinə getməyə üstünlük verdi. 

Lakin seçkilərdə Vladimir Zelenskinin qalib gəlməsinə baxmayaraq, yeni prezident Avakovu öz komandasına daxil etmək qərarına gəlib.Pyotr Poroşenkonu korrupsiya bataqlığında boğulmaqda tənqid edən və hakimiyyətə gəldikdən sonra oliqarxiyaya qarşı mübarizə aparacağını vəd edən Zelenskinin Arsen Avakovu öz postunda saxlamaq qərarı təbii ki, sual doğurur.Vladimir Zelenskinin sözügedən qərarı A.Avakovun Ukraynadakı siyasi proseslərə təsir imkanlarının yüksək olması ilə izah edilə bilər. Belə ki, Xarkov şəhərində yaşamış və həmin əyalətə rəhbərlik etmiş Avakov Qərbi və Şərqi Ukraynanın “kilid nöqtəsi” hesab olunan bu bölgədə söz sahibi hesab olunur. Məhz onun təsir imkanları son beş ildə Poroşenko iqtidarına Xarkova nəzarəti əldə saxlamaq imkanı yaradıb. Görünür, V.Zelenski Avakovun siyasi elitadan uzaqlaşdırılmasına ehtiyatla yanaşır.Yəni daxili işlər nazirindən imtina etməməklə Xarkova və Şərqi Ukraynaya nəzarəti əldə saxlamağa çalışır.Çünki A.Avakov “vurulacağı” təqdirdə Rusiyanın da Ukraynaya qarşı istifadə edə biləcəyi siyasi karta çevrilə biləcək qədər təhlükəli siyasi fiqur hesab olunur.Bu da öz növbəsində Şərqi Ukraynanın rəsmi Kiyevin nəzarətindən çıxması ilə nəticələnə bilər.Çox güman ki, İ.Kolomoyski də A.Avakovu “sabitliyin təməli” adlandırarakən onun qeyd edilən imkanlarına işarə edir.Ona görə də V.Zelenski ən azı iyun ayının 30-da keçiriləcək parlament seçkilərinin nəticələri müəyyənləşənə qədər Avakovla işləmək məcburiyyətindədir.Yəni hazırda hökuməti formalaşdırmamış və Ali Radada mövqeləri çox zəif olan V.Zelenskinin hakimiyyəti kövrəkdir.Əgər Zelenskinin liderlik etdiyi “Xalqın Xidmətçisi” Partiyası parlament seçkilərində qalib gələrsə, o zaman siyasi mövqelərini bərkidən prezident korrupsioner A.Avakovun vəzifədən uzaqlaşdırılması və daxili işlər nazirinin özünə yaxın kadrla əvəz edilməsi barədə düşünə bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3224