hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

İki qardaş bir gündə öldülər

İki qardaş bir gündə öldülər

Avqustun 11-də saat 5 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini İ.Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Ə.Məhərrəmovun idarə etdiyi “KamAZ” markalı avtomobilin qoşqusuna vurmuşdur.

Cebhe.info DIN-ə istinadən xəbər verir ki, nəticədə İ.Əhmədovun sərnişinlərindən həmyerliləri Arif Tanrıverdiyev və onun qardaşı Mübariz hadisə yerində ölmüşlər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 496