t İki rayonumuzun işğalına rəhbərlik etmiş general ölür
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

İki rayonumuzun işğalına rəhbərlik etmiş general ölür

İki rayonumuzun işğalına rəhbərlik etmiş general ölür

Ermənistan parlamentinin sabiq deputatı, general Manvel Qriqoryan ölüm ayağındadır. 

Cebhe.info-nun məlumatına görə, bu barədə Manvel Qriqoryanın vəkili Arsen Mkrtçyan açıqlama verib.

Qeyd edək ki, 2018-ci ildən həbsdə olan “Yerkrapa” terror təşkilatının başçısı Manvel Qriqoryan adam öldürməkdə, korrupsiyada və dələduzluq yolu ilə dövlət əmlakını talamaqda ittiham olunur. Şəkərli diabet və ürək çatışmazlığından əziyyət çəkən M.Qriqoryan yanvarın 14-də ağır vəziyyətdə həbsxanadan “Nairi” Tibb Mərkəzinə aparılıb. Bir neçə ay öncə onun ayaq barmaqları ambutasiya olunub. Yanvarın 15-də isə prokurorluğun təşəbbüsü ilə keçirilən növbədənkənar məhkəmə iclasında M.Qriqoryanın yaşayış yerini tərk etməmək şərti ilə sərbəst buraxılması haqqında qərar çıxarılıb. Vəkilin sözlərinə görə, son iki gün ərzində M.Qriqoryanın ürək döyüntüsünü tənzimləmək mümkün olmur. Ona görə də xəstədə ürək tutması baş verə bilər. 

Xatırladaq ki, M.Qriqoryan Azərbaycan ərazilərinin işğalında fəal iştirak edib. Onun başçılıq etdiyi silahlı dəstələr Füzuli və Cəbrayıl rayonlarını işğal edib. Azərbaycanlıların öldürülməsi və işgəncələrə məruz qalması zamanı göstərdiyi xüsusi qəddarlığa görə ermənilər ona “Qəssab” ləqəbini verib. Lakin M.Qriqoryan qəssablığı ermənilərin özünə qarşı da tətbiq edib. 2018-ci ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra M.Qriqoryanın Dağlıq Qarabağdakı erməni əsgərlər işgəncə verdiyi, hətta onları öldürdüyü aşkara çıxdı. O da məlum oldu ki, M.Qriqoryan Ermənistan Müdafiə Nazirlyinin büdcəsindən ayırılan vəsaiti, eləcə də avtomobilləri, silahları və konservləşdirilmiş ərzağı korrupsiya yolu ilə mənimsəyib. Bu cinayətin şahidi olan erməni əsgərləri isə aradan götürüb. O, əsgərləri işgəncə döyərək şəxsi evində və tikintidə işləməyə məcbur edib. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 782