hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

İki universitetdə maaşlar artırıldı

İki universitetdə maaşlar artırıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbədənkənar iclası keçirilib. 

Ali təhsil müəssisəsindən verilən məlumata görə, iclasda universitet həyatı üçün vacib məsələlər müzakirə edilib və mühüm qərarlar qəbul edilib.

AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, universitetin əməkdaşlarının sentyabrın 1-dən əməkhaqları ortalama 12 faiz artırılır: "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 30 faiz artırılıb". 

"Əməkhaqqının differensasiyası ilə bağlı tədbirlərin görülməsi haqqında” məlumat verən rektor qeyd edib ki, AzTU Differensial Əməkhaqqı Sisteminin tətbiqində öz modelini yaratmaq niyyətindədir.

Elmi Şura əməkhaqlarının differensasiyası sisteminin işləmə mexanizmi üzrə komissiyanın formalaşdırılması üçün İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Bundan başqa, Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının da əməkhaqları növbəti dəfə artırılıb.

Sumqayıt Dövlət Universiteti bütün əməkdaşlarının əməkhaqları orta hesabla 18,5 faiz artırılıb/Report.

Cebhe.info


Oxunma sayı: 672