hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

İkiarvadlılığı dəstəkləyən alimə xanım deputatdan qəzəbli cavab: “Axmaq...”

İkiarvadlılığı dəstəkləyən alimə xanım deputatdan qəzəbli cavab: “Axmaq...”

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Sabir Tağıyevin “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” verilişində çoxarvadlılıqla bağlı səsləndirdiyi fikirlər qalmaqala səbəb olub. 

Belə ki, sözügedən verilişdə ikiarvadlılıq mövzusu ətrafında söhbət açılıb. Alim özünün də ikinci arvaddan doğulan övlad olduğunu önə çəkərək çoxarvadlılığı dəstəkləyib. Bu isə tamaşaçılar tərəfindən etirazla qarşılanıb. Məsələ ictimaiyyətdə ciddi müzakirəyə səbəb olub. Milli Məclisin üzvü Məlahət İbrahimqızı alimin bu çıxışını aşırı qəzəblə qarşılayaraq fikirlərini tam ifadə edə bilməyib. 

O, Cebhe.info-ya açıqlamasında alimin sözlərini “axmaq” adlandırıb. 

Deputatın açıqlamasını olduğu kimi təqdim edirik: “Azərbaycan kimi dünyəvi xalq, dünyəvi millət, belə axmaq, əgər alimin durumu belə... Oldu? Başa düşdüz? Mən belə səfeh suala cavab vermək istəmirəm”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 2443