hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İkinci yüksəliş: Ərdoğanın partiyası mövqeləri qaytarır

İkinci yüksəliş: Ərdoğanın partiyası mövqeləri qaytarır

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının reytinqi artmağa başlayıb.

Rəy soğruları ötən il keçirilən bələdiyyə seçkilərində müxalifətə məğlub olan AKP-nin yenidən birinciliyi ələ aldığını göstərir. Ekspertlər hesab edir ki, bu, “Aya Sofya” muzeyinin yenidən məscidə çevrilməsi qərarı ilə bağlıdır.

Bələdiyyə seçkilərində atatürkçü düşüncə sistemi qalib gəlsə də “Aya Sofya” məscidi ilə bağlı məsələdə Türkiyə hakimiyyətinin siyasi iradə nümayiş etdirməsi siyasi islamın Türkiyə cəmiyyətində ön mövqe qazanmasına səbəb olub.

Qeyd edək ki, Avrasiya Araşdırma Şirkəti Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların reytinqini müəyyən edən sorğu keçirib. Şirkətin rəhbəri Kamal Özkiraz “Youtube” internet kanalında yayınlanan “Siyasi gündəm” verilişində sorğunun nəticələrini açıqlayıb.

Sorğunun nəticələrinə görə, bu gün ölkədə seçki keçirilərsə seçicilərin 35 faizi hakim Ədalət və İnkişaf Partiyasına səs verəcəyini bildirib. Cümhuriyyət Xalq Partiyası (CHP) rəyi soruşulanların 28.4 faizinin səsini alıb.

Üçüncü yerdə 12.4 faizlər İyi Partiya gəlir. Kürdlərin partiyası hesab edilən Xalqların Demokratik Birliyi isə 11.7 faiz səs alıb. Milliyyətçi cameənin əsas partiyası olan MHP cəmi 7.4 faiz səs toplayıb.

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, AKP-nin siyasi nüfuzunu bərpa etməsi yalnız “Aya Sofya” məscidi amili ilə bağlı deyil. Xarici və daxili siyasətdə əldə olunan bir sıra uğurlar AKP-nin hakimiyyətdə qalmaq şanslarını artırıb:

“Türkiyənin daxili siyasəti son dörd ildə ciddi şəkildə dəyişib. Hakim partiya məlum FETÖ dövlət çevrilişinə cəhddən sonra hakimiyyətini gücləndirib. Amma xalqın səsinin əvvəlki illərdən fərqli olaraq xeyli itirib. Son seçkilərdə MHP ilə ittifaqa girərək məğlubiyyətdən uğura addım atıb. Hazırda Türkiyə hakimiyyyətinin həyata keçirdiyi siyasət bu gün həqiqətən də regional müstəvidə xeyli güclənib. Düzdür, koronovirus ölkə iqtisadiyyatına mənfi təsir etsə də Ərdoğanın Suriyada, İraqda, Aralıq dənizi və Liviyada apardığı uğurlu hərbi əməliyyatlar ona daxildə rəğbəti xeyli gücləndirib. Bir tərəfdən “Aya Sofya”nın məscid elan edilməsi ilə Anadolu və İstanbul əhalisi hakim partiyanı dəstəkləyən cameyə daxil olub. Hesab edirəm ki, bələdiyyə seçkilərində kamalizm üstünlük qazansa da hazırda siyasi islam önə çıxıb. Məhz bələdiyyə seçkilərində hakim AKP öz səhvlərini düzəltdi. İndi millətçilərlə birlikdə siyasi islam güclü Türkiyə adına daha böyük elektoratın dəstəyini qazanır. CHP daxilində də parçalanmalar var. Məhərrəm İncənin yeni partiya yaradacağı, Əhməd Davudoğlu və Əli Babacanın elan etdiyi partiayalar Türkiyə cəmiyyətində reytinq qazanmadı. İyi Partiyanın başqanı Meral Akşener və digər siyasi liderlər AKP və MHP ittifaqın parçalaya bilmədi. Baş verənlər AKP-nin lehinə işlədi. Xırda və bir-birindən narazı partiyalara baxanda türk cəmiyyəti AKP və MHP İttifaqına səs verəcək. Hesab edirəm ki, Ərdoğanın hazırkı siyasəti Türkiyə cəmiyyətinin maraqlarına cavab verir. İqtisadiyyatda da müyyən inkişaf var. Düşünürəm AKP hakimiyyətdə qalacaq”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 19262