hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

İlanların müəmmalı köçü: İnstitut direktoru səbəbi açıqladı

İlanların müəmmalı köçü: İnstitut direktoru səbəbi açıqladı

Hava istiləşdikcə həm paytaxtda, həm də bölgələrdə ilanlar fəallaşıb.

İlanların sayının artması ilə ilansancmaları da çoxalıb. Təkcə aprel ayında 21 nəfər ilansancma ilə əlaqədar Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Bəs ilanların artma səbəbi nədir?

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov Cebhe.info-ya açıqlamasında bildirib ki, ilanların sayı əslində artmayıb:

“Bizim alimlərdə ilanların artımı haqda məlumat yoxdur. Son dövrlərdə kənd təsərrüfatında çox böyük irəliləyişlər var. Yeni sahələr artıq emal edilir və kənd təsərrüfatı sisteminə cəlb edilir. Bunlar əvvəllər istifadə olunmayan və dincə qoyulmuş torpaqlar idi. Bax həmin torpaqların sakinləri olan ilanlar başqa yerə köçməyə başlayıblar.

Təbii ki, başqa yerə köçəndə onların sayı xeyli artır. Yaxud da ilanlar əlavə təsərrüfatlara gedirlər. Çünki öz yerlərindən sıxışdırılırlar. İndi ilanların aktiv fəaliyyət və çoxalma dövrüdür. Biz hər il yay düşdükcə belə məlumatlar alırıq. Əslində artım yoxdur”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 826