hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İlham Əliyev İsveçrə Prezidentinə təbrik göndərib

İlham Əliyev İsveçrə Prezidentinə təbrik göndərib

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqaya təbrik ünvanlayıb.

Cebhe.info xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli xanım Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ənənəvi dostluq və sıx əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Cari ilin yanvar ayında Sizinlə Davosda keçən görüşümüzü məmnuniyyətlə xatırlayır, bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının dost İsveçrə xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah arzulayıram".

Cebhe.info


Oxunma sayı: 815