hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

İlham Əliyev:“Azərbaycan maliyyə dəstəyi üçün müraciət edənlər arasında deyil”

İlham Əliyev:“Azərbaycan maliyyə dəstəyi üçün müraciət edənlər arasında deyil”

“Mən bilirəm ki, çox ölkələr, eşitdiyimə görə, 150-dən çox ölkə maliyyə dəstəyi üçün artıq beynəlxalq maliyyə institutlarına müraciət edib. Azərbaycan onların arasında deyil”.

Cebhe.info xəbər verir ki, bunu iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və bizim xərclərimiz daim mənfəətimizdən aşağı olub. Mən deyərdim ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub”,- deyə İlham Əliyev bildirib.
Xəzər
Cebhe.info


Oxunma sayı: 1519