hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İlham Əliyev: “Balakəndə içməli su məsələsi çox ciddi problemdir”

İlham Əliyev: “Balakəndə içməli su məsələsi çox ciddi problemdir”

“Balakən rayonunda infrastruktur layihələri ilə bağlı olan digər önəmli məsələlər də həll edilir. Qazlaşdırma demək olar ki, 100 faizə yaxındır. Yol-nəqliyyat infrastrukturu yenilənir, həm kənd yolları, eyni zamanda, Bakı-Balakən yolu faktiki olaraq yenidən qurulub. Mən bu gün Bakıdan avtomobillə gəlmişəm və yolboyu görülən işlər məni sevindirir. Bir neçə yol layihəsi qalıb ki, bizim ümumi inkişaf templərimizə uyğun gəlmir, ilk növbədə, İsmayıllı rayonu ərazisində. Orada yeni bir körpü tikiləcək və yol çəkiləcək, beləliklə, daha təhlükəsiz və rahat şərait yaradılacaq. Bu zonanın hələ icra edilməyən bir yol layihəsi qalıb. Düzdür, yol var, amma lazımi səviyyədə deyil. Bu da Şəki-Oğuz yoludur. Bu yolun yenidən qurulması ilə bağlı müvafiq göstərişlər veriləcək”.

Cebhe.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Balakəndə səfərdə olarkən deyib.

Prezident “Əvvəlki dövrlərdə verilmiş bütün tapşırıqlar yerinə yetirilib. Bakı, Şamaxı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, ta Gürcüstan sərhədinə qədər yolun tikintisi təmin edilibdir.

Balakəndə mövcud problemlər arasında içməli su məsələsi çox ciddi problemdir. Bu məsələ ilə bağlı artıq təkliflər hazırlanıb, müvafiq göstərişlər verilib və biz tezliklə Balakən şəhərində içməli su-kanalizasiya layihəsinin icrasına başlamalıyıq. Bu günə qədər biz içməli su və suvarma problemlərinin həlli üçün daha çox artezian quyularından istifadə edirik. Balakən rayonunda 24 quyu qazılıb və 10 quyunun qazılması nəzərdə tutulur. Ancaq içməli su və kanalizasiya layihəsi mütləq icra edilməlidir və icra ediləcəkdir. Son vaxtlar elektrik enerjisinin təchizatı ilə bağlı önəmli addımlar atılıb. Bu gün “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni mərkəzinin açılışı da nəzərdə tutulur. Vaxtilə Balakən rayonunda su elektrik stansiyaları tikilmişdir və elektriklə təchizat böyük dərəcədə yaxşılaşmışdır”.- deyib.
Xəzər
Cebhe.info


Oxunma sayı: 1365