hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

İlham Əliyev: “Əsas məqsədim o idi ki, korrupsiyanı, rüşvətxorluğu aradan qaldıraq”

İlham Əliyev: “Əsas məqsədim o idi ki, korrupsiyanı, rüşvətxorluğu aradan qaldıraq”

“Məhz bu kompleks yanaşma imkan verir ki, ölkəmiz bu gün sürətlə inkişaf edir. İnkişafımız dayanıqlıdır və perspektivlərimiz də çox gözəldir. Çünki biz öz addımlarımızı plan üzrə və yerlərdən gələn təkliflər əsasında atırıq. Hazırda ən ciddi problem suvarma ilə bağlıdır. İki ildir ki, quraqlıq bizə çox böyük əziyyət verir. Mənim sədrliyimlə bu məsələ ilə bağlı xüsusi müşavirə keçirilib. Üç ay bundan əvvəl yaradılmış komissiya, o cümlədən su təsərrüfatının elektronlaşdırılması ilə məşğuldur və bu vacib sahəni “ASAN xidmət”ə həvalə ediblər. Bu gün təqdimat zamanı mənə məlumat verildi ki, artıq qısa müddət ərzində, - komissiya aprelin 15-də yaradılmışdır, - elektron su təsərrüfatı sistemi hazırdır. Biz buna nəyin hesabına nail olmuşuq? Məhz intellektual potensialın hesabına. “ASAN xidmət” mərkəzlərinin ən vacib amillərindən biri də innovasiyalar, intellektual məhsul, müasir təlim prosesi və gənclərin bu işlərə cəlb edilməsidir”.

Cebhe.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Balakəndə səfərdə olarkən deyib.

“Təbii ki, biz “ASAN xidmət” konsepsiyasını işləyəndə, ilk növbədə, mənim əsas məqsədim o idi ki, ictimai xidmətlər sahəsində korrupsiyanı, rüşvətxorluğu, bürokratiyanı aradan qaldıraq. Yəni, elə bir institusional intellektual məhsul yaradaq ki, xoşagəlməz işlərlə məşğul olmaq istəyənlərə imkan verilməsin. Artıq biz buna nail olmuşuq. Amma bununla paralel olaraq, bu gün “ASAN xidmət” sistemi ölkəmizdə elektronlaşma, rəqəmsallaşma, intellektual məhsulların istehsalı sahəsində çox önəmli bir amildir. Təsadüfi deyil ki, bu gün bizim üçün ən vacib məsələlərdən biri olan içməli su və suvarma ilə bağlı problemlərin vacib hissəsi artıq “ASAN xidmət” tərəfindən tənzimlənir”,- deyə dövlət başçısı qeyd edib.
Xəzər

Cebhe. info


Oxunma sayı: 1288