İlham Əliyev Milli Məclisin komitələri ilə bağlı qanunu təsdiq edib

Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin Sədri komitələrin iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edə bilər.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapıb.
Qanuna əsasən, videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.
Cebhe.info
Oxunma sayı: 1354
Bizim Telegram səhifəmizi izləyin