hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

İlham Əliyev Naftalan hava limanı ilə tanış olub

İlham Əliyev Naftalan hava limanı ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Naftalan şəhər hava limanı ilə tanış olub.

Cebhe.info xəbər verir ki, dövlətimizin başçısına hava limanı haqqında məlumat verilib.

Bildirilib ki, Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib. Hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb.

Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.

Cebhe.info


Oxunma sayı: 848