hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

İlham Əliyevlə Nikol Paşinyan Aşqabadda görüşəcək?- GÖZLƏNTİ

İlham Əliyevlə Nikol Paşinyan Aşqabadda görüşəcək?- GÖZLƏNTİ

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının oktyabrın 10-11-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək sammitində iştirak edəcək. 

Cebhe.info-nun məlumatına görə, tədbir çərçivəsində İlham Əliyevlə Nikol Paşinyanın görüşüb-görüşməyəcəyi dəqiq məlum deyil. Lakin Ermənistan mediasının yaydığı məlumatda Rusiya Prezidenti Vladimir Putinin sammit çərçivəsində bu görüşü təşkil edə biləcəyi iddia olunub. 

Eyni zamanda qeyd edilib ki, Prezident İlham Əliyevlə Baş nazir Paşinyanı hər iki ölkə başçısının ümumi dostu, Belarus Prezidenti Aleksandr Lukaşenko da üçtərəfli formatda bir araya gətirmək missiyasını öz üzərinə götürə bilər. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 1222