hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

İlin oğurluğu: Muzey rəhbəri də məşhur əsərin yoxluğundan xəbərsiz olub

İlin oğurluğu: Muzey rəhbəri də məşhur əsərin yoxluğundan xəbərsiz olub

İtaliyada polisin bir evə basqını zamanı məşhur rəssam Da Vinçinin “Salvador Mundi” tablosunun 500 illik kopyası tapılıb.

Cebhe.info xəbər verir ki, Napolidə bir muzeydən oğurlanan əsərin yoxluğunu muzey rəhbərliyi belə hiss etməyib.

Verilən məlumata görə, renessans dövrünün məşhur rəssamı Leonardo Da Vinçiyə məxsus olan əsərin originalı 2017-ci ildə 450 milyon dollara satılmışdı. 5 əsr yaşı olan bu əsərin isə Da Vinçinin tələbəsi tərəfindən 1510-cu ildə hazırlandığı deyilir.

Olayın maraqlı tərəfi budur ki, əsər polislər tərəfindən muzeyə qaytarılanda muzey rəhbərliyi bunu təəccüblə qarşılayıb. Çünki onlar muzeydən əsərin oğurlandığını hiss etməyiblər. Muzey rəhbərliyinin sözlərinə görə, pandemiya ilə əlaqədar, əsərin saxlanıldığı otaq 3 aydır ki, bağlıdır.

Polis isə bu hadisənin beynəlxalq sənət ticarətindən olan bir qurum tərəfindən hazırlanan oğurluq planı olduğunu düşünür.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 837