hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

İlon Mask xəstə olduğunu dedi: Pul bazarı qızışdı

İlon Mask xəstə olduğunu dedi: Pul bazarı qızışdı

Amerikalı milyarder İlon Mask psixikanın pozğunluğundan əziyyət çəkir.

Cebhe.info xəbər verir ki, o, bu barədə NBC kanalındakı "Saturday Night Live" proqramında deyib.

Özünün Asperqer sindromundan əziyyət çəkdiyini deyən milyarder öz diaqnozunu qeyd etdikdən sonra bununla bağlı müzakirələr başlayıb. Bir çoxları hesab edirlər ki, Maks blef edir və bununla da gündəmdə qalmağı sevir.

İlon Mask efirdə çıxış etdiyi zaman kriptovalyuta bazarında ciddi dəyişikliklər gedib. Belə ki, Mask “Dogecoin"nin dünyanı zəbt edəcəyini bildirib. “Tesla” və “SpaceX" rəhbəri onu zəbtolunmaz adlandırıb. Maksın çıxışından sonra bu kritptovalyuta dəyər qazanıb. Bundan əvvəl Mask sözügedən kriptovalyutadan bəhs edən zarafatyana "tvit" yazmışdı. Beləliklə də bu virtual pulun bazarı 26 000 faiz dəyər qazanmışdı.
Xəzər
Cebhe.info


Oxunma sayı: 1211