hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

İmamoğlu qəzəbləndi: “Bura nə xanımım, nə uşağım girər”

İmamoğlu qəzəbləndi: “Bura nə xanımım, nə uşağım girər”

İstanbul böyük şəhər bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu Esenler avtovağzalındakı mövcud vəziyyətdən narazı qalıb. 

Cebhe.info xəbər verir ki, əraziyə baxış keçirən İmamoğlu avtovağzaldakı şəraitlə bağlı iradlarını bildirib: ”Çox narahatam. Belə bir yerə nə xanımım, nə də uşaqlarım girə bilməz. 16 milyonluq istanbulluların xanımı, uşaqları bura necə girsin?”.

Qeyd edək ki, baxışda Bayrampaşa bələdiyyəsinin sədri Atilla Aydınər də iştirak edib. İmamoğlu yoxlamaların davam edəcəyini bildirib: 

“Mövcud durumu gördük. Ciddi tədbirlər görmək lazımdır. Təhlükəsizlik və təmizlik işlərini davam etdirəcəyik. Belə bir şəraitdə heç kim övladını avtobusa minməyə göndərməz”.

Aydın
Cebhe.info


Oxunma sayı: 1002