hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

İmişlidə 54 yaşlı kişini avtomobil vurub

İmişlidə 54 yaşlı kişini avtomobil vurub

İmişli rayonunda 54 yaşlı kişini avtomobil vurub.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Göbəktala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayonunun Şahverdili kənd sakini Musayev Elnur Səxavət oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən həmyerlisi, 1965-ci il təvəllüdlü Əmrahov Ələmdar Əzim oğlunu vurub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 2091