hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İmtahan öncəsi leykoz olduğunu öyrənən, həkimlərin "1 həftə ömrün qalıb" dediyi İbrahim - VİDEO

İmtahan öncəsi leykoz olduğunu öyrənən, həkimlərin "1 həftə ömrün qalıb" dediyi İbrahim - VİDEO

Bakı Dövlət Universitetinin bakalavar dərəcəsini bitirəndən sonra magistratura təhsili almaq üçün İstanbul Texniki Universitetində imtahana gedən İbrahim həyatının şoku ilə qarşılaşır.

Cebhe.info azxeber.com-a istinadən xəbər verir ki, Türkiyədə müayinələrdən sonra İbrahim Fərhadlıya leykoz diaqnozu qoyulur.

Hətta ona 1 həftəlik ömrünün qaldığı da deyilir. Bu hadisədən sonra İbrahimin həyat imtahanı başlayır. Ailəsinin maddi durumu yaxşı olmadığına görə İbrahimlə bağlı sosial şəbəkələrdə kampaniya başladılır. Hətta Türkiyənin "Beşiktaş" klubunun futbolçuları belə bu kampaniyaya qoşularaq İbrahimə dəstək istəyir. Beşiktaş'lı futbolçular Mario Gomez, Olcay Şahan, Gökhan Töre, Günay Güvenç, Cenk Tosun və Tolga Zengin azərbaycanlı gəncə dəstək mesajı göndərib. Futbolçular bununla yanaşı, imzaladıqları formanı İbrahimə göndərib. Rokçu Hayko Cepkin də İbrahimə dəstək verənlər arasında olub.

Müalicə üçün tələb olunan vəsait toplanır və 1 il 6 aylıq mübarizəsi nəticəsində o bu xəstəliyə qalib gəlir. Hazırda o normal həyat fəaliyyətinə davam edir.

Cebhe.info


Oxunma sayı: 617