hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

İmtahan suallarını oğurlayan 165 nəfər saxlanıldı

İmtahan suallarını oğurlayan 165 nəfər saxlanıldı

Türkiyədə FETÖ terror təşkilatına qarşı böyük əməliyyat keçirilib.

Cebhe.info xəbər verir ki, Türkiyənin 45 bölgəsində keçirilən əməliyyat nəticəsində 165 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Əməliyyat 2012-ci ildə təşkil olunan dövlət imtahanının suallarını oğurlayaraq digər şəxslərə verilməsi ilə bağlı başladılan cinayət işi əsasında keçirilib.

Rəsmi məlumatlara görə, saxlanılanların hamısı FETÖ terror təşkilatının üzvləridir və onlarla bağlı araşdırmalar davam edir.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 540