hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

İndoneziyada təhlükəsizlik nazirinə hücum edildi

İndoneziyada təhlükəsizlik nazirinə hücum edildi

İndoneziyanın siyasi işlər və təhlükəsizlik naziri Viranto Banten vilayətinə işgüzar səfəri zamanı naməlum şəxs tərəfindən bıçaqla hücuma məruz qalıb.

Bu barədə "The Jakarta Post" xəbər verir. Nəticədə nazir yaralanıb və dərhal xəstəxanaya yerləşdirilib. Hücum zamanı həmçinin yerli polis rəisi də yaralanıb.

Bildirilir ki, hücum nazirin yerli universitetin açılışında iştirak etməsindən sonra baş verib. Naməlum şəxs Viranto Banten maşına minən zaman ona hücum etməyə çalışıb.

Faktla əlaqədar artıq bir kişi və bir qadın həbs olunub.

Cebhe.info


Oxunma sayı: 782