hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

İnək əti daşıdığı iddia edilən müsəlman gənc belə döyüldü - VİDEO

İnək əti daşıdığı iddia edilən müsəlman gənc belə döyüldü - VİDEO

Hindistanda müsəlmanlara edilən zülm və işgəncə davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Qurqaon əyalətində müsəlman gəncin nəqliyyat vasitəsində inək əti apardığı iddia edilən bir qrup tərəfindən dayandırılıb.

Belə ki, dəstə Loğman adlı müsəlman gənci nəqliyyat vasitəsindən aşağı salaraq ona hücum ediblər. Həmin anlar kameralara anbaan əks olunub. Qısa zamanda sosail mediada gündəm yaradan videoda insanların müsəlman gənci təpiklə və çəkiclə hücum edərək xəsarət yetirdikləri görüntülənib. Hadisə yerinə polis cəlb olunub. Gənc xəstəxanaya yerləşdirilib. Hadisəni törədənlər polis bölməsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Hindistanın bir çox ştatında inək əti kəsilməsini qadağan olunub və bu cinayəti törədənlərə qarşı müxtəlif sanksiyalar tətbiq edilir.

Həmçinin də, hinduizmdə inəklər müqəddəs sayıldığı üçün hinduların əksəriyyəti mal-qara kəsmir və ət yemir.

Cebhe.info


Oxunma sayı: 1299