hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

İnfantinodan İrana qadınlarla bağlı məktub

İnfantinodan İrana qadınlarla bağlı məktub

FİFA-nın prezidenti Canni İnfantino İrana getməyə hazırlaşır.

Ali futbol qurumunun rəhbəri İranda qadınların stadionlara girişinin təmin edildiyini özü də yerində görmək istəyir. Bununla bağlı İnfantinonun İran Futbol Federasiyasına məktub yolladığı və yerli çempionat oyunlarından birini stadiondan izləmək istədiyini dediyi bildirilib.

İranda qadınların stadiona girişi 40 il aradan sonra təmin olunub. Belə ki, iranlı qadınlar bir müddət əvvəl yığma komandanın Kamboca ilə oyununu stadiondan izləmişdilər.

Cebhe.info


Oxunma sayı: 364