hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb

İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb

İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb.

Məlumata görə, XIX turun “Aston Villa” - “Everton” qarşılaşması öncədən nəzərdə tutulduğu kimi, yanvarın 17-də keçirilməyəcək.

“Aston Villa” rəhbərliyi komandada koronavirusa kütləvi yoluxma səbəbindən yarışın təşkilatçılarından matçın təxirə salınmasını tələb etmişdi. Birminhemlilərin 9 futbolçusu və 5 işçisi koronavirusa yoluxduğu üçün karantin şəraitində müalicə alır. Klubun bazasının da iki həftəlik bağlandığını nəzərə alan Premyer Liqa rəhbərliyi görüşü qeyri-müəyyən vaxta təxirə salıb.

Qeyd edək ki, “Aston Villa”nın Premyer Liqanın XVIII turunda “Tottenhem”lə dünən keçirməli olduğu oyun da təxirə salınıb. (ApaSport)

Cebhe.info


Oxunma sayı: 617

Bizim Telegram səhifəmizi izləyin