hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

İngiltərədə bu şəhər karantinə alındı

İngiltərədə bu şəhər karantinə alındı

İngiltərənin Leicester şəhəri koronavirus pandemiyası səbəbiylə karantinə alınıb.

Cebhe.info xəbər verir ki, mətbuata açıqlama verən İngiltərə Səhiyyə naziri Matt Hancock, ticarət müəssisələrinin, məktəblərin və istirahət mərkəzlərinin bağlaması qərarını verib.

Nazir, Leicester şəhərindəki hadisələrin son həftələrdə ölkə daxilində görülən hadisələrin 10 faizini təşkil etdiyini söyləyib.

"Bəzi çətin, lakin vacib qərarlar" verdiyini bildirən Matt, pərakəndə mağazalarının cümə axşamı günündən etibarən bağlanacağını açıqlayıb. Nazir, 4 iyul tarixində ölkə daxilində qaldırılacaq bəzi tədbirlərin şəhərdə də davam etdiriləcəyini bildirib.

Cebhe.info


Oxunma sayı: 9384