hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

İnsan hüquqları komitəsinin deputatları Milli Məclisə çağırıldılar

İnsan hüquqları komitəsinin deputatları Milli Məclisə çağırıldılar

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin ilk payız iclası öz işinə başlayacaq.

Modern.az-ın məlumatına görə,  İnsan hüquqları komitəsinin 2019-cu il payız sessiyası dövrünə dair işlər planı müzakirəyə çıxarılacaq.

İclasın gündəliyində “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik layihələri ikinci oxunuşda müzakirəyə təqdim olunacaq.

Komitə 2019-cu ilin payız sessiyası dövründə Prezidentin, deputatların, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsləri qaydasında təqdim etdiyi qanun layihələrinə baxacaq.

Həmçinin, sessiya müddətində beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, İnsan hüquqları üzrə Birgə İşçi Qrupu ilə əməkdaşlığın həyata keçirilməsi və digər məsələlər diqqətdə olacaq.

Cebhe.info


Oxunma sayı: 298