hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İnsanı qəfil öldürən yağ Azərbaycan bazarında: Daha ucuz və daha təhlükəli

İnsanı qəfil öldürən yağ Azərbaycan bazarında: Daha ucuz və daha təhlükəli

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilə kimi qida sənayesi şirkətlərinin istehsalatda transyağlardan tamamilə imtina etməsinə nail olmağa çalışır.

Qurumun rəhbəri Qabreyesus Tedros Adan bildirib ki, dünya pandemiya ilə mübarizə apardığı bir vaxtda, bundan sonra da bütün gücü insanların sağlamlığının qorunmasına yönəltmək lazımdır:

"Bu, qeyri- infeksion xəstəlik və təhlükələrə də aiddir. Qida sənayesində trans yağların istifadəsi hər il yarım milyon insanın qəfil ölümünə səbəb olur. Bu yağlar ürək-damar xəstəliklərinin inkişafında əsas səbəblərdən biridir".

ÜST 58 ölkənin öz ərazisində qida istehsalatında trans yağların istifadəsinə qadağa qoyması barədə qərarını dəstəkləyir. Bu, 3,2 milyard insanın orqanizminin qorunması deməkdir. Digər 100 ölkəyə də bu məsələnin həlli tövsiyə edilib:

“Bu ölkələr arasında əhalisinin zərərli yağdan qorunması üçün təcili tədbir görməli olan Azərbaycan, Banqladeş, Misir, Hindistan, Meksika, Koreya, Pakistan və s. var”.

Yaşayış səviyyəsi yüksək olan dövlətlər trans yağlardan imtina edir. Hələ ki, aşağı gəliri olan və yoxsulluq səviyyəsi yüksək dövlətlərdən heç biri bu addımı atmayıb.

Bizdə vəziyyət necədir? Trans yağlardan imtina edilə bilərmi?

"Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, trans yağlardan imtina mümkün deyil:

"Bizdə bu yağlardan imtina etmək nəzəri cəhətdən mümkün deyil. Çünki bizdə azad bazar iqtisadiyyatıdır və bazar trans yağlardan imtina etməz. Azərbaycan bazarı dünya bazarına intiqrasiya edir. Trans yağlar yenə də satışda olacaq. Lakin istehlakçılar maariflənməlidirlər. Bəzi ailələr də maariflənib transyağlardan imtina edə bilərlər. Trans yağ təkcə satışda olan yağ deyil. Eyni bir yağın içərisində bir şeyi bir neçə dəfə qızardanda da həmin yağ trans yağa çevrilir. Yaxşı olardı ki, istifadəçilər markalara, yazılara fikir versinlər. Əgər məhsulun üzərində trans yağ yağlılıq faizləri, yaxud hidrogenləşdirilmiş yağ yazılıbsa, belə yağlardan bacardıqca az miqdarda istifadə etməli, mümkündürsə, ümumiyyətlə, imtina etməlidirlər. Dondurulmuş bitki yağları, hidrogenləşdirilmiş yağlar da trans yağlardır. İnsanlar malı alan zaman etiketinə baxsınlar. Belə yağlardan imtina pis olmaz".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 3796

Bizim Telegram səhifəmizi izləyin