hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"İnstagram"dan qazanan məşhurlarımız - BİZİM TƏQDİMAT

"İnstagram"dan qazanan məşhurlarımız - BİZİM TƏQDİMAT

Bir çox dünya ulduzu - idmançılar, şou-biznes nümayəndələri artıq "İnstagram"a həm də gəlir vasitəsi olaraq baxır.

Sözügedən şəxslər bu platformada müxtəlif reklamlar yerləşdirirək yüksək gəlir əldə edirlər.

Məsələn, Kayli Cenner (1 milyon 266 min dollar), Ariane Qrande, (996 min dollar), Kriştiano Ronaldo (975 min dollar), Neymar (722 min dollar), Selena Qomez (886 min dollar), Beyons (785 min dollar) "İnstagram"dan qazanc əldə edən tanınmışlardır.

Qeyd etmək lazımdır ki, artıq Azərbaycan məşhurları da "İnstagram"dan biznes məqsədləri üçün istifadə edirlər.

Cebhe.info həmin tanınmışlarla bağlı araşdırma edib. Sözügedən araşdırmanı diqqətinizə çatdırırıq:

Müğənni Günay İbrahimli səhifəsində yerləşdirdiyi reklamlara görə, 450-500 manat qazanır. Bu barədə o, açıqlamalarının birində bildirib. Onun "İnstagram"da 1,6 milyondan çox izləycisi var.

Müğənni Sevda Yəhyayeva da reklam müqabilində 1 000 manat dəyərində qazanc əldə edir. Müğənnini "İnstagram"da 1,4 milyondan çox şəxs izləyir.

Ötən illərdə tanınmış aparıcı, bəstəkar və şoumen Murad Arif sosial şəbəkədə hər iki paylaşımı üçün 500 manat qazandığını deyib.

Gənc aktrisa Zümrüd Qasımova isə bir paylaşıma görə 1000-2000 manat civarında pul əldə edir.

Stilist Samiraldo “İntagramda” reklam xarakterli hər paylaşım üçün minimum 200 AZN alır.

Aparıcı Afaq Gəncəli isə hər reklam qarşılığında 500 manat pul qazanır.

"İnstagram"da 2, 6 milyondan çox izləyisi olan Sevil-Sevinc bacıları isə platrformadan reklam müqabilində heç bir gəlir əldə etmədiklərini bildirirlər.

Müğənni Xatirə İslam isə açıqlamalarının birində reklamı yalnız dostlarının xahişi üçün etdiyini və buna görə pul almadığını bildirib.

Naibə
Cebhe.info


Oxunma sayı: 1167