hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İnternet şantaj məkanına çevrilir: ""Beyinlər" axdı getdi, indi də qalmışıq ki, nə edək?

İnternet şantaj məkanına çevrilir: ""Beyinlər" axdı getdi, indi də qalmışıq ki, nə edək?

“Təəssüflər olsun ki, bu günədək Azərbaycan dövlətinin müvafiq qurumları, özəlliklə Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi faktiki olaraq bu məsələlərdə bizə əl uzatmayıb.

Hətta Azərbaycan dövlətini qaralayan, ölkəmizə böhtanlar yağdıran adamlarla bağlı çağırışlarımız, çıxışlarımız və bəyanatlarımız olub. Buna baxmayaraq qeyd olunan nazirliyimiz və hüquq-mühafizə orqanlarımız bunları diqqətə, nəzərə alıb hərəkətə keçməyiblər. Halbuki bunu etmək çətin məsələ deyil”.

Bu fikirləri Cebhe.info-ya açıqlamasında media eksperti Azər Həsrət internet üzərindən cinayətlərin artması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, təhqir, böhtan, şantaj, qaralama kampaniyaları və bu cür təzahürlər yeni deyil:

“İllərdir Azərbaycan cəmiyyətində xüsusən də üzdə olan insanlar bu təzahürlərdən əziyyət çəkir. Yəni ictimai-siyasi fəallar, ayrı-ayrı yazıçı, şairlər, hətta bəzən müəllimlər qaralama kampaniyalarına məruz qalırlar. Əlbəttə ki, biz media sahəsində çalşan özəlliklə də yeni media ilə birbaşa iç-içə olan insanlar kimi məsələni dəfələrlə gündəmə gətirmişik. İllərdir, xüsusilə hökumətə çağırışlar edirik ki, bunun qarşısını almaq üçün cəmiyyətə və insanlara yardımçı olsunlar.

Saxta profillər üzərindən adətən bu hərəkətlər həyata keçirilir. Həmin saxta profillərin də arxasında bir tərəfdən özümüzdən olan bədxahlardan olanlar dayanırsa, digər tərəfdən bunlar daha çox Ermənistan, Rusiya, yaxud İran kimi dövlətlərə bağlı agnet şəbəkəsidir. Eyni zamanda Qərbin, Avropa ölkələri və ABŞ-ın da şəbəkələri də bu cür hərəkətlərlə məşğuldur.

Biz əlbəttə ki, onların hamısını faş edə bilmirik. Bu, çətin məsələdir. Amma tutaq ki, peşəkar bir yanaşma sərgilənərsə, dövlət səviyyəsində bu məsələyə əl qoyularsa, əlbəttə ki, onları faş etmək asanlaşar. O baxımdan illərlə dövlətimizə çağırışlar etmişik ki, bu cür məsələlərdə bizim kimi insanlara yardımçı olsunlar. Sadəcə olaraq, bir balaca dövlət dəstəyi olarsa, bu məsələləri həll etmək mümkündür. Bir sözlə bu məsələnin üzərinə dövlət getməlidir. Dövlət getməyəcəyi təqdirdə biz tək özbaşımıza bu bəla ilə mübarizə apara bilməyəcəyik. İstənilən şəxsin ona qarşı şantaj, böhtan və qaralamalarda məsələni həll etməyə fiziki imkanı çatmır. Belə bir yerdə dövlətin məsələyə əl qoyması lazımdır. Təəssüflər olsun ki, uzun illərdir ki, dövlət bu məsələlərdə sinifdə qalır”.

Ekspert çıxış yolu kmi peşəkar, savadlı, sanballı kadrları bir yerə toplamaqla sözügedən məsələnin üzərinə getməyin vacib olduğunu vurğulayıb:

“Bir məqama da toxunum ki, o kadrları tapmaq da indi asan deyil. Çünki Azərbaycanda belə kadrlar vaxtında yetişirdi, amma o kadrlara lazımi dəyər verilmədi. İndi onların səsi Korayedan, Amerikadan, Avropa ölkələrindən gəlir. Azərbaycanda 300-500 əməkhaqqı almaqdansa, Koreyada bu rəqəmin 10 qatı müqabilində maaş alırlar. Biz bu həyəcan təbilini illər öncə çalırdıq. Kadrlarımız, "beyinlər" axdı getdi, indi də qalmışıq ki, bununla bağlı nə edə bilərik? Təbii ki, peşəkar kadrları cəlb edib, pul xərcləyib, problemi kökündən çözmək olar”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2872

Bizim Telegram səhifəmizi izləyin