hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İnternet yox, kompüter tapılmır: "Yoluxma olmayan ərazilərdə məktəblər tam açılsın"

İnternet yox, kompüter tapılmır: "Yoluxma olmayan ərazilərdə məktəblər tam açılsın"

Bu gündən etibarən məktəblərdə müəyyən şərtlər daxilində əyani tədris başlayıb.

Bu gündən ibtidai siniflərlərin məktəbə getməsi ilə yanaşı, böyük siniflər üçün internet üzərindən dərslər də start götürüb. Dərslərin başlanması özü ilə bir sıra problemlər də gətirib. Kimlərinsə internetə çıxışı, digər bir qismin isə distant təhsilə qoşulmaq üçün texniki avadanlıqla təhcizatı yoxdur. Xüsusilə ölkəmizin bəzi bölgələrində bu problem daha aktualdır.

Belə olan təqdirdə dərslər necə baş tutacaq? Onlayn, “Zoom” üzərindən tədris ölkəni əhatə edə biləcəkmi?

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət Cebhe.info-ya açıqlamaasında bildirib ki, Azərbaycanın ayrı-ayrı bölgələrində durum fərqlidir:

“Birmənalı demək olmaz ki, bütün bölgələrdə problem yaşanacaq və ya bütün bölgələrdə proses əla keçəcək. Elə bölgələrimiz var ki, insanların imkanları da yüksəkdir, kommunikasiya ilə təhcizat da yüksək səviyyədədir. Həmin bölgələrdə problemin az yaşanacağını demək olar. Elə bölgələr də var ki, internet əlçatan deyil, həmin bölgələrdə problem yaşanacaq. Düşünürəm ki, bu mərhələdə Təhsil Nazirliyi koronavirusla bağlı problem olmayan bölgələrdə şagirdlərin məktəbə davamlı getməsi üçün imkan yaratmalıdır. Şəxsən mənim öz kəndimdə - Xaçmaz rayonunun Dədəli kəndində və ətraf kəndlərdə yoluxma halı qeydə alınmayıb. Belə olan şəraitdə düşünürəm ki, həmin kəndlərin şagirdləri məktəbə normal gedib- gələ bilərlər. Bu kəndlərin ətrafla təmasları da azdır. Əgər yoluxma qeydə alınmayıbsa, müəllim və şagirdlərdə də problem yoxdursa, niyə onlar normal qaydada dərslərdə oturmasınlar ki.. Düşünürəm ki, bunu nəzərdən keçirmək olar. Bu hal təkcə Dədədəli kəndinə aid deyil, ölkədə bu cür kəndlərin sayı həddindən artıq çoxdur. Onlarda dərsləri ənənəvi formada keçib, internetin yoxluğunu arxa plana keçirmək olar”.

Azər Həsrət deyir ki, ikinci çıxış yolu dövlətin bu məsələ ayırıca maliyyə ayırmasıdır:

“Sürətli internet çəkilişini sürətləndirmək lazımdır, eyni zamanda uşaqların internetə qoşulması üçün müvafiq qurğuların ya pulsuz təmin edilməsi, yaxud da ucuz kredit şərtləri ilə təqdim edilməsinin yolları aranmalıdır. Biz bilmirik ki, pandemiya nə qədər sürəcək, ola bilər ki, illərlə davam etsin. Belə olacağı təqdirdə uşaqların təhsilini yarıda qoya bilmərik”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 3554