hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

İnternetdə 1 dəqiqədə baş verənlər: Ağlınıza belə gəlməz...

İnternetdə 1 dəqiqədə baş verənlər: Ağlınıza belə gəlməz...

Bütöv bir iş günündə bir dəqiqə o qədər də gözəçarpan zaman deyil. Ancaq məsələyə bir az da fərqli yanaşın. Bir dəqiqədə siz qısa elektron mesaj yaza, kofe və ya çay süzə, həmkarlarınızla danışa bilərsiniz.

Ancaq söhbət insan həyatından gedirsə, hər dəqiqənin öz hökmü var.

Əgər məsələ internetlə bağlıdırsa, bir dəqiqə sizin düşündüyünüzdən daha vacibdir.

Cebhe.info xəbər verir ki, hər gün bir dəqiqə ərzində dünyanın müxtəlif ölkələrində milyonlarla istifadəçi internetdən istifadə edir.

Məsələn, araşdırmalar göstərib ki, hər bir dəqiqədə dünya üzrə 188 milyon elektron məktub göndərilir. "Google"da 3,8 milyon axtarış verilir.

Onu da nəzərə alaq ki, internet çox sürətlə inkişaf edir və deməli, dəyişikliklər də çoxdur.

Beləliklə, 1 dəqiqədə internetdə baş verənlər:

1. 18,1 milyon mətn mesajı göndərilir;
2. "YouTube"da 4,5 milyon videoçarxa baxılır;
3. "Google Play" və "Appstore"da 390 030 endirim edilir;
4. "İnstagram"da 347 222 baxış olur;
5. "Twitter"də 87 500 "tvit" yazılır;
6. 188 milyon elektron məktub göndərilir;
7. Onlayn alış-verişə 996 956 dollar xərclənir;
8. "Facebook"da 1 milyon nəfər özünə hesab açır;
9. "Messenger" vasitəsilə 41,6 miyon mesaj göndərilir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3762