hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

İnternetdə milli maraqlar və vətəndaş təhlükəsizliyi: İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi müzakirə keçirib

İnternetdə milli maraqlar və vətəndaş təhlükəsizliyi: İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi müzakirə keçirib

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  dəstəyi ilə "İnsan Hüquqları və Maarifçilik" İctimai Birliyi “İnternet informasiya resurslarında milli maraqlar və vətəndaş təhlükəsizliyinin qorunması” layihəsi çərçivəsində Quba rayonunda ictimai müzakirə keçirib. 

Cebhe.info xəbər verir ki, Quba rayon Gənclər Mərkəzində keçirilən təbdirdə rayon ictimaiyyəti və QHT-lərin nümayəndələri, fəal gənclər, sosial media aktivlləri, bloggerlər iştirak ediblər. 

Layihənin əsas məqsədi internet  resurslarında informasiya təhlükəsizliyini - dövlət sirlərinin, toplum və vətəndaş təhlükəsizliyinin əleyhinə olan məlumatların, radikal cərəyanların fəaliyyətini təbliğ edən reklam xarakterli informalasıyaların yayılmasının qarşısını almaq üçün maarifləndirmə və ictimai müqavimətin təşkildir. Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov tədbiri açaraq müzakirənin əsas məqsələri haqqında məlumat verib. Rəfail Becanov çıxışında qeyd edib ki, ölkədə diqqətdə saxlanılmalı ən vacib məsələ informasiya resurslarının sürətli inkişafı fonunda informasiya təhlükəsizliyinin qorunmasıdır: 

“Demokratik ölkələrdə bu məsələnin tənzimlənməsi üçün müəyyən qanunvericilik bazası formalaşdırılıb. Eləcə də həmin ölkələrdə müxtəlif konsepsiyalar qəbul edilir və bununla da ölkənin informasiya təhlükəsizliyi tənzimlənir. İndiki dövrdə bizim üçün də bu məsələ aktualdır. İnformasiya resursları artdıqca milli təhlükəsizliyi təhdid edən informasiyalar da çoxalır. İnformasiya təhlükəsizliyi üçün qanunvericilik bazası olsa da, nəzarət imkanları məhduddur. Lakin ictimai müqavimət və maarifləndirmə ilə problemin qarşısını almaq, vətəndaş cəmiyyəti institutlarının fəallığı, vətəndaşların aktivliyilə bu prosesin müsbət istiqamətdə inkişafına təkan vermək mümkündür”. 

Layihənin eksperti Vilayət Muxtar çıxışında internetdən düzgün istifadə etmədikdə yaranan problemlərdən danışıb: 

“Əksər internet resurslarında, o cümlədən onlayn media və sosial şəbəkədə apardığımız araşdırmalar, “Sosial şəbəkələrdə milli maraqların effektiv təbliği üçün innovativ təşəbbüslərin həyata keçirilməsi” mövzusunda ötənilki layihəmizin təhlili göstərdi ki, internet resurlarından istifadə zamanı ölkənin informasiya təhlükəsizliyi, milli maraqlar demək olar ki, nəzərə alınmır. Xüsusilə də internet resurslarının istifadəçilərə verdiyi geniş imkanlardan bir çox hallarda neqativ informasiyaların, yanlış məlumatların yayılması açıq şəkildə görünür. Neqativ piar üçün bu platformalar platsdarma çevrilib. Nəticədə toplumun və vətəndaşın təhlükəsizliyini təhdid edən mənzərənin formalaşmasının şahidi oluruq”. 

Layihənin digər eksperti Mehriban Sadıqova da çıxışında qeyd edib ki, bu problem bütün zamanlarda olduğu kimi bu gün də aktualdır: 

“Senzurasız media” olaraq qəbul edilən internet resurslarını əhatə edən plotfarmalarda apardığımız araşdırmalardan sonra belə məlum oldu ki, istər sosial şəbəkə platformalarında, istərsə də digər internet informasiya resurslarında dövlət və ictimai maraqların, şəxslərin, milli mənəvi dəyərlərin əleyhinə olan fəaliyyət geniş yayılır. "Youtube"aə, "Facebok" da bu fəaliyyət təşkil olunur və qarşısını almaq mümkün deyil. Hesab edirik ki, çıxış yolu ictimai müqavimətdir”.

Quba rayon İcra Hakimiyyəti humanitar və ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Yəhyayeva çıxış edərək, gəncləri fəal olmağa və internet imkanlarından istifadə etməklə daha maraqlı, xalqımızı layiqincə təmsil etmək naminə yeni layihələrin hazırlanması üçün çalışmağa səsləyib. Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev isə çıxışında deyib ki, maarifləndirmə işinin təşkili çox vacibdir: 

“Yüzlərlə "Youtube" kanalında, "Facebok" profilində bu təşkil olunur. Əsasən də xaricdə olan azərbaycanlılardan, siyasi mühacir adı ilə xaricə gedənlər tərəfindən xarici xüsusi xidmət orqanlarının birgə fəaliyyəti kimi yayılır. Daxili qanunvericiliklə bunun qarşısını almaq çox çətindir. Çünki qanunvericilik cəza tədbirlərini ehtiva edir, amma ölkədaxili çərçivədə. Xaricdə isə bunu tətbiq etmək mümkün deyil və ya çox böyük bir prosedurdur. Ona görə də əsas istiqmət daxili ictimai müqavimətin təşkilidir”. 

Tədbirin yekununda müzakirə iştirakçıları çıxış edərək problemin səbəbləri və onun aradan qaldırılması yolları haqqında öz fikirlərini bildiriblər. 

Cebhe.info


Oxunma sayı: 980