hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

"iPhone 11 Pro" gölün dibində bir il qaldı və ona heç nə olmadı…

"iPhone 11 Pro" gölün dibində bir il qaldı və ona heç nə olmadı…

2020-ci ildə Tayvanda turistin "iPhone 11 Pro" markalı telefonu gölə suya düşüb.

Cebhe.info xəbər verir ki, gölün dərinliyi 30-40 metrə çatdığına görə smartfonu gölün dibindən götürmək mümkün olmayıb.

Lakin 2021-ci ilin aprelində Tayvanda rekord dərəcədə quraqlıq başlayıb və suyun səviyyəsi kəskin şəkildə azalıb. Aprel ayının əvvəlində turist oraya qayıdaraq smartfonunu tapıb. Yerli sakinlər son 50-60 ildə bu ərazidə suyun çəkilmədiyini söyləyiblər.

Evə gələn turist, "iPhone 11 Pro"-nun heç bir problem olmadan şarj edildiyini və tamamilə işlədiyini görüb. Çox güman ki, xüsusi qoruyucu örtüyə görə bu telefona heç nə olmayıb. Eyni zamanda smartfonun özü "IP68" standartına uyğun olaraq sudan və tozdan qorunur, lakin bu bir il üçün nəzərdə tutlmayıb.

Cebhe.info


Oxunma sayı: 452