hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İqbal Ağazadə ilə ad günü söhbəti: “İnsanın gözlədiyi təbrik olmasa, ömür bitir”

İqbal Ağazadə ilə ad günü söhbəti: “İnsanın gözlədiyi təbrik olmasa, ömür bitir”

Ümid Partiyasının sədri İqbal Ağazədə doğum gününü qeyd edir.

Pandemiya dövrünə təsadüf edən doğum günündə İqbal Ağazadənin hansı planları var? Kimlərdən təbrik gözləyir?

İqbal Ağazadə Cebhe.info-nun bu və digər suallarını cavablandırıb.

-İqbal bəy, əvvəla doğum gününüzü təbrik edirəm! Doğum günü ilə bağlı hansısa planlarınız varmı?

-Təşəkkür edirəm! Sadəcə, sıradan bir doğum günüdür. Dostlar yazır, təbrik edir, amma xüsusi bir tədbirimiz yoxdur.

-Xüsusi olaraq kimdənsə təbrik gözləyirsizmi?

-İnsanın gözlədiyi təbriki olmasa, ömür bitir. Əlbəttə, gözlədiyim təbriklər var.

-Doğum günlərində aldığınız elə hədiyyələr varmı ki, hələ də saxlayırsınız?

-Saxlanılması mümkün olan hər şeyi saxlamışam. Hətta məktublara qədər hər şeyi saxlayıram .

-Sizin “İnstagram” kimi sosial şəbəkələrdə videomüsahibələrinizdən olan çıxışlar, qadınlarla bağlı dedikləriniz, səsləndirdiyiniz ibratamiz əhvalatlar paylaşıldı, bir növ sevgi etiraflarına çevrildi...

-Yayanlar da, dinləyənlər də sağ olsunlar. Hər birinə təşəkkür edirəm. Biz çalışırıq ki, insanlarımız üçün nümunə olaraq, onlardan da istifadə etsinlər. Əgər edənlər varsa, çox təşəkkür edirəm. Bütün Azərbaycan xalqına təşəkkür edirəm.

-İqbal bəy, məlumunuzdur ki, pandemiya dövründə yaşayırıq, koronavirus bir çox insanların həyat tərzində ciddi dəyişikliklərə səbəb oldu. Bəs sizin həyatınızda pandemiya nələri dəyişdi?

-Pandemiya Azərbaycan vətəndaşının həyatında nələri dəyişibsə, mən də onlardan biriyəm.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 21693