hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İqtisadi inkişafın Sinqapur möcüzəsi: Müstəmləkə ölkəsi necə varlandı?

İqtisadi inkişafın Sinqapur möcüzəsi: Müstəmləkə ölkəsi necə varlandı?

“Keçmiş Britaniya koloniyası olan və 1965-ci ildə müstəqillik əldə edən Sinqapurun hazırda illik ixracı 400 milyard dollar ətrafındadır ki, bunun 18 milyard dolları neft məhsullarının payına düşür. Ən iri neftayırma zavodları "RD/Shell" şirkətinə məxsusdur”. 

Cebhe.info xəbər verir ki, bunu neft məsələləri üzrə ekspert İlham Şaman deyib. Sinqapurun nefti olmasa da, ancaq dünya neft sənayesi ilə sıx əlaqəsi var: 

"Dünya üzrə dəniz neftinin kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan üzən qazma qurğularının 70% avadanlığı Sinqapur tərsanələrində istehsal olunur. Sinqapur müstəqillikdən əvvəl 3 adda məhsul ixrac edirdi: kibrit, balıq qarmağı və balıq tutmaq üçün tor. İndi ixracatın əsas hissəsi informasiya texnologiyaları məhsulları, neft və kimya məhsulları və elektronik avadanlığın payına düşür. Sinqapurun dövlət büdcəsinin gəlirləri 51 milyard ətrafındadır. 2018-ci ildə şəhər-dövlətin ÜDM-i 364.1 milyard dollar olub. Sinqapurda 3000-dən çox tanınmış xarici şirkətin ofisi yerləşir. Sinqapurun əhalisi 5.6 milyon nəfərdir. Sinqapur şəhəri 1 ildə 50 mlrd kVt/saat elektrik enerjisi istehlak edir və istehlakın 2%-i alternativ enerji mənbələri hesabına həyata keçirilir. Elektrik enerjisi idxal edilmir”. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 727