hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İqtisadi siyasətdə yeni layihə: Azərbaycana qazanc gətirəcək

İqtisadi siyasətdə yeni layihə: Azərbaycana qazanc gətirəcək

Azərbaycan digər sahələrdə olduğu kimi iqtisadi baxımdan da böyük inkişaf yolu keçir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni sənaye sahələrinin yaradılmasına, istər mövcud, istərsə də yeni sahələrin müasir avadanlıqlarla təchiz olunmasına xüsusi önəm verir. Həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə yüzlərlə müasir müəssisələr tikilir, yeni sənaye sahələri yaradılıb istifadəyə verilir. Bu isə yüzlərlə yeni iş yerinin yaradılması deməkdir.

Yəni əhalinin rifah halının yüsəldilməsi, yaşayış səviyyəsinin artırılması uğrunda dövlətin yürütdüyü siyasətin davamıdır.

Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında bu siyasətin uğurlu nəticəsini görürük. Belə ki, həm məhsul istehsalı, həm də ixrac istiqamətində nəzərəçarpacaq artım dinamikası müşahidə olunur. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsili Mərkəzinin açılışındakı çıxışında da bu faktlara əsaslanaraq bildirib ki, ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı-təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk altı ayı ərzində isə 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan işlə təmin olunub.

Həmçinin olkə başçısı öz cıxışında qeyd edib ki, hazırki dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. İnkişaf etməkdə olan dünyamızda qlobal çağırışlarla uzlaşan sənaye parkları, aqroparklar kimi mütərəqqi mexanizmlər innovativ müəssisələrinyaradılmasına,qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinə, neft-qaz amilindən asılılığın minimuma endirilməsinə yeni imkanlar açır.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Sumqayıtın potensialı daha da güclənir. Həmçinin cari ildə burada süsə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Bu istiqamətdə demək olar ki, böyük investisiyalar qoyulub. Dövlət başçısı onu da əlavə edib ki, Sənaye Parkının gələcək inkişafı ilə bağlı təkliflər hazırlanmalı və yerlər seçilməlidir. Daxili tələbatın mümkün qədər yerli məhsullar hesabına təmin edilməsinin əhəmiyyətini vurğulayan prezident burada Sumqayıt şəhərinin, xüsusilə Kimya Sənaye Parkının mühüm rolunu qeyd edib

Son illərin təcrübəsi də göstərir ki, bu yolda böyük uğurlar qazanmışıq. Aydındır ki, hər bir ölkə buna çalışır. Xüsusilə əhalisi daim artan ölkə olaraq Azərbaycan bu istiqamətdə çox əhəmiyyətli addımlar atır. Bu isə ölkə başçısının uğurlu iqtisadi siyasətinin nəticəsidir.

Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Güclü Azərabaycan isə təkcə burada yox, dünyanın hər yerində yaşayan azərbaycanlılara güc verir, onlar üçün əlveriçli investisiya, yatırım mənbəyinə çevrilir. Bu isə onların da gücünün artması deməkdir. Dünya miqyasında Azərbaycan iqtisadiyyatı inkisaf etmiş ölkələrin iqtisadiyyatına inteqrasiya edir, kommersiya, biznes sahələrində böyük uğurlar əldə etməyə geniş imkanlar açır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu iqtisadi siyasətinin bariz nümunəsidir ki, Azərbaycana qoyulan investisiya axını durmadan artır. Son vaxtlar bütün dünyanı cənginə almış pandemiya nəticəsində dərinləşən böhran şəraitində Azərbaycan uğurlu iqtisadi siyasət nəticəsində elə addımlar atdı ki, post-pandemiya dövrünə ən hazırlıqlı ölkələr arasında olaraq yeni inkişaf dinamikasına sahib olsun. Bu isə o deməkdir ki, bütün imkanlar düzgün istiqamətə səfərbər edilmişdir. Xalq olaraq hamımız ölkə başçımızın bütün tapşırıqlarını ruh yüksəkliyi ilə yerinə yetiririk və ondan yeni tapşırıqlar gözləyirik.
Çingiz Dadaşov,
Ehtiyatda olan zabit, Nəsimi rayon sakini

Cebhe.info


Oxunma sayı: 2289